Bu gün ADRA “Bədii keramika, şüşə və metal” kafedrasının baş müəllimi Tahir Rəsulovun doğum günüdür.
1979-cu ildə Lvov Dövlət Tətbiqi Sənət İnstitutnun “Bədii şüşə” fakültəsinə daxil
olmuş Tahir Rəsulov, 1984-cü ildə institutu bitirib Azərbaycan Rəssamlar İttifaqının Bədii istehsalat yaradıcılıq kombinatında şüşə üzrə usta və rəssam işləmişdir. 1975-ci ildən davamlı olaraq müxtəlif beynəlxalq və respublika sərgilərinin, həmçinin 1988-ci ildə Ukraynada (Lvov) şüşə üzrə keçirilən beynəlxalq simpoziumun iştirakçısı olmuşdur.
Onun əsərləri Rusiya, Almaniyada, Polşa və s. ölkələrdə nümayiş etdirilmişdir. Tahir Rəsulovun bir neçə əsəri Azərbaycan Milli Xalça Muzeyində və müxtəlif nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Comments are closed