15 İyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri — Milli Qurtuluş Günüdür.
Məhz 1993-cü il 15 iyun tarixində Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə siyasi və iqtisadi sabitlik bərpa edildi, vətəndaş müharibəsinin qarşısı alındı və Azərbaycanın dövlətçilik ənənələri gücləndirildi. Bu gün, onun uzaqgörən siyasəti və fədakar fəaliyyəti sayəsində Azərbaycan regionun lider ölkələrindən birinə çevrilib.
Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Azərbaycanın Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əməkdaşlarını, müəllim-tələbə heyətini təbrik edir, ölkəmizin hər zaman güclü və müstəqil olmasını arzulayırıq.
Comments are closed