Portret ustası kimi tanınan heykəltəraş yaradıcılığı boyunca zəngin qalereya yaratmağı bacarıb. Zivər Məmmədova 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
Bundan başqa Əzim Əzimzadənin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini də Zivər Məmmədova hazırlayıb.
Xatırladaq ki, Zivər Məmmədova Azərbaycanın Xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır.
Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib.


Comments are closed