Münəvvər Rzayeva ölkəmizxdə ilk monumentalçı qadın heykəltəraşlardan biri hesab olunur. Yaradıcılığında sənət adamlarının, həmçinin dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri əsas yer tutur. Heykəltəraş əsərlərini yaratmaq üçün qranit, mərmər, bürünc, ağac və digər materiallardan istifadə edirdi. Hüseyn Cavid, Mikayıl Müşfiq, Sergey Yesenin, Nəriman Nərimanov, Nazim Hikmət, Bəhmənyar, Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva və başqalarının heykəlləri, büstləri onun yaradıcılığının məhsullarıdır. Heykəltəraşın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.
Adı incəsənət tarixinə Azərbaycan monumental heykəltəraşlığının ilk qadın nümayəndəsi kimi daxil olan Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da — doğum günündə dünyasını dəyişib.
Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Ordubadi muzeyində, Siyəzən Mədəniyyət Evində, Bədii fondda və digər yerlərdə saxlanılır.




Comments are closed