Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi adından hörmətli rektor Natiq Əliyevi bu nailiyyəti münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

Comments are closed