TÜRKSOY-a üzv ölkələri təmsil edən rəssamların iştirakı ilə Türk Dünyası Rəssamları Toplantısı keçirilmişdir.

23-29 May 2024-cü il tarixlərində Qazaxıstanın Almata şəhərində baş tutan tədbir çərçivəsində Berdibek Sokpakbayevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq plener keçirilib. Plener TÜRKSOY beynəlxalq təşkilatının və Almatı vilayət administrasiyasının birgə dəstəyi ilə baş tutub.

Azərbaycanı təmsil edən ADRA-nın əməkdaşı rəssam Cəlal Ağayevin əsərləri nümayiş olunan əsərlər sırasında xüsusi fərqləndiyinə görə Qazaxıstan Respublikasının Rəssamlar İttifaqının yaranmasının 90 illik yubiley medalı ilə təltif olunub. Qeyd edək ki, tədbirdə Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistandan olan rəssamlar da iştirak ediblər.

ADRA kollektivi adından Cəlal Ağayevi bu nəaliyyəti münasibətilə təbrik edir, bundan sonra da fəaliyyətində uğurlar arzulayırıq.

Tags

Comments are closed