Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində ADRA-nın nəzdində fəaliyyət göstərən İncəsənət kollecinin, müəllim heyətinin işlərindən ibarət sərgi keçirilmişdir. Açılış sözünü İncəsənət kollecinin Tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Türkanə Abbaszadə etmişdir. Belə sərglərin gələcək üçün daha uğurlu olacağını qeyd etmiş və bu sərginin müəllimlərin tələbələr qarşısında hesabat sərgisi olduğunu bildirmişdir. Həmçinin sərginin davamlı olmasının müəllimlər üçün də uğurlu olacağını qeyd etmişdir. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektoru, s.ü.f.d. dosent Afət Aslanova bütün sərgi iştirakçılarını salamladı, belə bir sərginin keçirilməsi və təşkili üçün öz təşəkkürlərini bildirdi. Bu sərgilərin hər il davamlı şəkildə keçirilməsi ilə daha yaxşı nəticələr əldə olunacağını vurğuladı.

Qeyd etmək lazımdır ki sərgidə 70-dən çox əsər nümayiş olunur. Bu əsərlər keramika, rəngkarlıq, batika, xalça, heykəltəraşlıq, maket nümunələridir.

Sərgi iyun ayının 7-nə qədər davam edəcək.

Tags

Comments are closed