Rəssam müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini vermişdir.

Tahir Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun «Sevil», «Min bir gecə», «Nizami», C.Verdinin «Travita» operalarının, Donisettinin «Arlekinada», P.İ.Çaykovskinin «Romeo və Cülyetta», T.Bakıxanovun «Xəzər balladası», X.Mirzəzadənin «Ağ və Qara», Q.Qarayevin «Leyli və Məcnun», «Don Kixot» baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. Rəssam bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur.

Xalq rəssamı Tahir Tahirov 2019-cu ildə vəfat etmişdir.

Tags

Comments are closed