Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu gün qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Bildiyimiz kimi, 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Muzey Sərgi Kompleksi 2008-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə Rəssamlıq Akademiyasının muzeyi dəyişilərək Muzey-sərgi kompleksi ilə əvəz olunmuşdur. Rəssamlıq Akademiyasının tərkibinə daxil olan Muzey — sərgi kompleksi bakalavr və magistrların yüksək şəkildə icra olunmuş kurs və diplom işləri əsasında yaradılmışdır. Kompleksin əsas funksiyası Akademiyanın tələbə və məzunlarının nailiyyətlərinin ölkə daxilində və xaricdə təbliğindən ibarətdir.

Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və nümayiş olunan ekspozisiyalar azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Tags

Comments are closed