Bu gün Azərbaycan heykəltəraşlığının banilərindən biri, Xalq rəssamı Fuad Əbdürrəhmanovun doğum günüdür.
Xalq rəssamı mahir portret ustası kimi tanınıb. Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır. Onun 1947-1962 ci illərdə yaratdığı S.Bəhlulzadə, R.Mustafayev, H.Aslanov (qəbirüstü abidə), B.Bağırova, S.Vurğun və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında, həmçinin monumental heykəltaraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri, Bakıda S. Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı «Çoban», «Azərbaycanlı qadın» «Azadlıq», «Azad qadın» və s. əsərlərində milli xüsüsiyyətlər olduqca zəngindir.
Görkəmli heykəltəraş 1971-ci il iyunun 15-də vəfat edib.

Comments are closed