Əzim Əzimzadə 1880-ci ildə Novxanı kəndində anadan olmuşdur. Vaxtilə yaşadığı evə ( hal-hazırda mənzil muzeyi olan ) 1887-ci ildə gəlmiş və ömrünün sonuna qədər bu evdə yaşamış və yaratmışdır.
Əzim Əzimzadə 1943-cü ildə vəfat etmişdir. Rəssamın mənzil muzeyi isə 1965-ci ildə Azərbaycanda yaradılan ilk rəssamlıq ev muzeylərindən biridir. 1968-ci ildən isə ziyarətçiləri qəbul etmişdir.
Rəssam Əzim Əzimzadənin yaradıcılığının 144-cü illiyi və “ Ulu Öndər Heydər Əliyevin “ anadan olmasının 101-ci ildönümü münasibəti ilə “Dahilər Unudulmur “ adlı tədbir keçirilmişdir.
Tədbirdə, Əməkdar incəsənət xadimi professor Ziyadxan Əliyev, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı Arif Hüseynov,
Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin direktoru Türkanə Abbaszadə, kollecin müəllimləri və tələbələri, Aytam birliyinin sədri və üzvləri, M.S.Ordubadinin xatirə muzeyi, Həmkarlar İttifaqının heyəti iştirak etmişdir.
Muzeyin direktoru İradə Əzimadə qonaqları salamlayaraq qonaqların diqqətinə çatdırmışdı ki, Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.
Daha sonra söz Arif Hüseynov,
Ziyadxan Əliyev və Türkanə Abbaszadəyə verilmişdir. Onlar dahi rəssam haqqında olan xatirələri və rəssamın əsərləri haqqında, Azərbaycan təsviri sənət tarixində xüsusi yeri qeyd edilmişdir.
Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbələrinin əl işləri nümayiş olundu və Əməkdar rəssamlar tərəfindən müsbət rəylə qiymətləndirildi. Daha sonra musiqi ifaları ilə Orxan Mehdiyev, Aliyə Ramil, Maniyə Əşrafzadə tədbirdə xoş abu hava yaratmışdılar.









Comments are closed