Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən müasir özbək miniatürçü rəssamlarının “Aşiq dərviş” sərgisi çərçivəsində mühazirə keçirilib. “Özbəkistanın müasir rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” adlı mühazirə Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, sənətşünaslıq üzrə elmlər doktoru, professor, eyni zamanda sərginin kuratoru Kamola Akilova tərəfindən təqdim olunub. Məruzəçi özbək miniatür sənətinin keçdiyi tarixi inkişaf yolundan danışaraq ümumilikdə bu irsin Türk-İslam mədəniyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Orta əsr rəngkarlığında əksini tapmış sufi dünyagörüşü, miniatürə xas estetika, simvolika, bədii obraz sistemi, müasir rəssamların mədəni-genetik yaddaş kimi bu dəyərli mirasa münasibəti məruzədə bəhs olunan digər məqamlardan oldu.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim tələbə heyəti məruzədə iştirak ediblər.

Tədbirin sonunda məruzəçi və sərgidə əsərləri nümayiş olunan rəssamlar auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Tags

Comments are closed