Uzun illər monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam sonralar kamera tipli həndəsi natürmortlar çəkmiş, az sonra isə formal baxımdan çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir. Özünəməxsus yaradıcılıq üslubu olan rəssamın “Abşeronun Orqanı” əsəri “Smena” jurnalının cildini bəzəmişdir.

Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı olan rəssam Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, eləcə də İngiltərə, Türkiyə, İsveçrə və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam Ənvər Əsgərov 2014-cü ilin dekabr ayında vəfat edib.

Tags

Comments are closed