Mayis Ağabəyov Azərbaycan təsviri sənətində imzası olan sənətkarlardandır. Zəngin daxili aləmə, yüksək intellektə, qeyri-adi sənətkarlıq bacarığına malik Mayis Ağabəyov bu günlə səsləşən dərin məzmunlu əsərlərin aktuallığını sənətşünaslıq tarixində 70-ci illərdən başlayaraq günümüzədək tək təsviri sənət deyil, eləcə də Azərbaycan kinosunda rəssamın rolunu işini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

1965-ci ildən başlayaraq bir sıra respublika və beynəlxalq sərgilərdə rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında «Akademik rəngkarlıq» kafedrasının professoru olmuş, uzun müddət kafedra müdiri vəzifəsində çalışmışdır.

“Babək”, “Günaydın, mələyim!”, “Həyat bizi sınayır”, “Qətl günü” , “Nəsimi”, “Nizami”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Ölüm növbəsi”, “Dağıdılmış körpülər”, “Gümüşgöl əfsanəsi” və digər çoxsaylı filmlərin rəssamı olmuşdur.

Xalq rəssamı Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.

Tags

Comments are closed