Təhsil nazirinin əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Nadir qızı Aslanova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Afət Aslanova 2004-2010 – cu illərdə ADRA-nın “Sənətşünaslıq” fakültəsinin dekanı, 2015-2018 – cu illərdə ADMİU –nun “Rəssamlıq” fakültəsinin dekanı, 2018-2019 –cu illərdə ADMİU –nun Təsviri sənət kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2023-cü ilin sentyabr ayından Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru vəzifəsinə təyin olunmuşdur.
Comments are closed