23 Aprel tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində tələbələrin işlərindən ibarət “Bahar” adlı sərginin açılışı baş tutdu.

Sərgidə Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov, ADRA-nın “Rəsm” kafedrasının professoru Sirus Mirzəzadə çıxış edərək bu kimi sərgilərin tələbələrin yaradıcılığında mühüm rol oynadığını, mövzu sərbəstliyinin onlara geniş özünü ifadə meydanı verdiyini, fərdi yaradıcılıq axtarışlarına səbəb olduğunu vurğuladılar.

Ümumilikdə, sərgidə təsviri sənət və dekorativ tətbiqi sənətin bütün növlərini özündə əks etdirən 130 yaradıcılıq işi nümayiş olunur.

Sərgidə “Geyim Dizaynı” kafedrasının hazırladığı 29 milli geyimdən ibarət dəfilə nümayiş olundu. Təqdim olunan geyimlərdə milli rəng və konstruksiya əsas götürülərək bir qədər stilizə olunmuş nümunələr təqdim olundu. Nümayiş olunan geyimlərdə naxışlardan və bədii tikmələrdən geniş istifadə olunmuşdur.

Təsviri və Dekorativ tətbiqi sənət sahələrinin bütün növlərini özündə əks etdirən “Bahar” sərgisi 27 Aprel tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksində davam edəcəkdir.

Tags

Comments are closed