Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə ADRA rəhbər işçiləri arasında görüş keçirilib.

Görüşdə səfiri ADRA-nın nümayəndə heyəti — Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov, Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, ADRA nəzdində İncəsənət Kollecinin direktoru, s.ü.f.d, dosent Afət Aslanova qarşılayıblar.

İkitərəfli görüş zamanı münasibətlərin müxtəlif aspektləri, iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın qurulması və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir iki ölkə arasında oxşar cəhətlərə malik milli mədəniyyətin olduğunu xüsusi vurğulayıb. Görüş əsnasında qarşılıqlı mədəni əlaqələrdən söz açılıb. Gələcəkdə də bu əlaqələrin qurulması, hər iki ölkənin ali təhsil müəsissələri arasında birgə layihələrin və mübadilə proqramının həyata keçirilməsi vurğulanıb və əməkdaşlıq əlaqələrinin qurulması üçün növbəti görüşlərin keçiriləcəyi qeyd olunub.

Sonda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeroya xatirə olaraq Azərbaycan xalçası hədiyyə olunub.

Tags

Comments are closed