Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup müəllim-professor heyəti “Dünyada: Sərhədsiz İncəsənət 2024” V Beynəlxalq Festival çərçivəsində fevral-mart aylarında onlayn keçirilən “Dünya rəssamın gözü ilə” yaradıcılıq əsərlərinin beynəlxalq sərgi-müsabiqəsində iştirak ediblər, müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.

Beynəlxalq sərgiyə Azərbaycan, BƏƏ, Türkiyə, İtaliya, Hindistan, Çin, ümumilikdə 30 ölkənin bir çox ali təhsil müəssisələrində və yaradıcı təşkilatlarında fəaliyyət göstərən rəssamlar öz əsərlərini təqdim ediblər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, SSRİ Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Xalq rəssamı, professor Natiq Əliyev “Dünyada: Sərhədsiz İncəsənət” V Beynəlxalq Festivalı çərçivəsində keçirilən “Dünya rəssamın gözü ilə” yaradıcılıq əsərlərinin beynəlxalq sərgi-müsabiqəsində yer alan münsiflər heyəti sırasında yeganə azərbaycanlı rəssam olub. Qeyd edək ki, Natiq Əliyev 2023-cü ildə keçirilən eyniadlı müsabiqədə I Yerin qalibi və laureatı olmuşdur.

Açıq səsvermənin nəticələrinə əsasən, sərgi-müsabiqənin iştirakçıları qeyd olunan nominasiyalar üzrə aşağıdakı yerlərə layiq görülüblər:

Heykəltəraşlıq

Relyef:

1-ci yer – Nurlan Məmmədov “Mir Möhsün Nəvvab”

Heykəltəraşlıq kompozisiyası:

1-ci yer Əhəd Məmmədov «Hamilə»

2-ci yer – Rahib Qarayev «Yuxu»

Rəngkarlıq

Landşaft və insan:

2-ci yer – Əhmədova Nailə “Xəzri”

Rəsm və Qrafika

Qrafik peyzaj:

1-ci yer — Ələkbər Mirzəyev “Qız qalasının əfsanəsi”

Çoxfiqurlu kompozisiya:

1-ci yer – Fərəh Babayeva “Bizim uşaqlar”

“Rəngkarlıq ustadı” nominasiyası üzrə İnna Kostina layiq görülüb.

Tags

Comments are closed