Bu gün ADRA-nın “Rəsm” kafedrasının baş müəllimi Əkrəm Tağıyevin doğum günüdür.
Rəssam “Bakı mənzərələri”, “Güllər”, “Natürmor” və portret janrında çəkilmiş bir sıra əsərlərin müəllifidir. 2005-ci ildə Ə.Tağıyevin X.Səfərovanın həyat və yaradıcılığından bəhs edən “Nikbin duyğular rəssamı” adlı monoqrafiyası işıq üzü görüb. Rəssam bir sıra yerli və beynəlxalq sərgilərin iştirakçısıdır.
ADRA-da uzun illər pedaqoji fəaliyyət göstərən Ə.Tağıyev bir çox rəssamların yetişməsinə böyük töhfələr verib.
Qeyd edək ki, Əkrəm Tağıyev Azərbaycanın Xalq rəssamı Tağı Tağıyevin oğludur.
ADRA kollektivi adından Əkrəm Tağıyevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.
Comments are closed