Müsabiqə Azərbaycan Gənclər Fondu və «Bir Könüllü» Tələbə Təşkilatının birgə təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu BP Azərbaycan, SABAH.HUB və Tedroid.com dəstəyi ilə dəstəyi ilə həyata keçirilir.

Hakaton formatında həyata keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.

Müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş milli prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

Müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin mükafatları:

I yer — 2000 AZN

II yer — 1500 AZN

III yer — 1000 AZN

Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Tarix: 26-28 aprel

Son qeydiyyat tarixi: 20 aprel

Fərdi şəkildə müraciət üçün qeydiyyat linki: https://forms.gle/ariLke23enkgwqTV7

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

Tags

Comments are closed