Doktoranturaya elektron sənəd qəbulu prosesi portal.edu.az saytı vasitəsi ilə 16 aprel — 15 may 2024-cü il tarixləri arasında həyata keçiriləcək.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali təhsil və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə doktoru proqramı üzrə qəbul planı:

Doktorantura (dövlət sifarişli və ödənişli əsaslarla):

Təsviri sənət 6215.01 – 1 qiyabi yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 əyani yer

Dissertantura (büdcə hesabına və ödənişli əsaslarla):

Təsvir sənət 6215.01 – 1 yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 yer

Doktorantura və dissertanturaya qəbul olmaq üçün lazım olan sənədlər

1. Kadrların şəxsi-qeydiyyat vərəqi

2. Tərcümeyi-hal

3. İş yerindən xasiyyətnamə

4. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

5. Çap olunmuş elmi işlərin siyahısı, seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

6. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)

7. Şəxsiyyəti təsdiq edən sənədin surəti

Tags

Comments are closed