Holland post-impressionist rəssamı Vinsent Van Qoq (1853-1890) ölümündən sonra dünya incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Van Qoqun cəsarətli fırça vuruşları, canlı rəngləri və emosional kompozisiyaları hələ də sənət insanını valeh edir. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir.

Dünyaca məşhur rəssam Van Qoqun əsərləri bu gün də dünyanın marağındadır. Belə ki, rəssamın “Ağ papaqlı kəndli qadın” portreti mart ayında Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) 4,5 milyon avroya satılıb. Qeyd edək ki, əsər 1884-cü ildə çəkilib.

Tags

Comments are closed