Bu gün Azərbaycan Respublikasının Əməkdar rəssamı İsmayıl Məmmədovun doğum günüdür.

İsmayıl Məmmədov kitab qrafikası və rəngkarlıq sahəsində bir sıra yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, tarixi keçmişinin təbliği onun əsərlərinin başlıca mövzularından olmuşdur.

Rəssam uzun illər teatr rəssamlığı sahəsində də fəaliyyət göstərmişdir. İsmayıl Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin «Hökmdar və qızı», Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» («Göytürklər»), «Dar ağacı», Əli Əmirlinin «Köhnə ev», «Varlı qadın», Nazim Hikmətin «Kəllə», Ramiz Novruzun «Hələ «sevirəm» deməmişdilər…», Cəfər Cabbarlının «Ulduz, yaxud Ədirnə fəthi» dramlarının, Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun», Tamara Vəliyeva və Emin Sabitoğlunun «Bankir adaxlı», Rauf Hacıyevin «Talelər qovuşanda», Qara Qarayevin «Coşğun Qaskonlu» operettalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında Nəbi Xəzrinin «Burla xatun» pyesinin və digər tamaşalara bədii tərtibat vermişdir.

İsmayıl Məmmədov 12 dekabr 2016-cı ildə vəfat etmişdir.

Tags

Comments are closed