Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Fərzəliyevin Vyanada “Dünyanın siması” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərgi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına həsr edilmişdir.

Çingiz Fərzəliyevin bildirdiyinə əsasən “Dünyanın siması” sərgisində toplanan əsərlərin mahiyyəti dünyamızı qorumağa, bəşəriyyəti ətraf mühitlə bağlı daha diqqətli olmağa çağırışdan ibarətdir. Müasir dövrümüzdə ekologiyanın və ətraf mühitin təmizliyinə diqqətin artırılmasını müsbət qiymətləndirən müəllif əsərlərində Azərbaycanın da bu istiqamətdə mühüm rol oynayan ölkələr sırasında olduğunu vurğulamışdır.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərgi aprelin sonunadək nümayiş olunacaqdır.

Tags

Comments are closed