Rəssamın yaradıcılığında lirik emosionallıq, kolorit zənginliyi mühüm yer tutur. Bir sıra füsunkar təbiət lövhələri yaratmış rəssam “Zaqatala dağları”, “Astara”, “Talış dağları”, “Şuşanın ətrafı”, “Şuşa”, Araz sahilində (1965), “Noraşen vadisi”, “Cənub sərhədində”, “Murovdağın görünüşü”, “Araz sahilində”, “Ceyranbatan gölü” və s. əsərlərin müəllifidir.
Rəssamın yaradıcılığında Slovakiyaya həsr edilmiş tablolar xüsusi yer tutur. “Praqada küçə”, “Karlovı Varıda meydan”, “Yan Qusun abidəsi” “Qızıl küçə”, “Praqada qüllə” əsərlərini bu sıraya aid etmək olar.
Kamil Xanlarovun əsərləri təkcə öz ölkəsində deyil, həmçinin Kanada, Avstriya, Almaniya, Macarıstan, Norveç, Fransa,Yaponiya, Rumıniya, Misir, İraq, Suriya, Finlandiya, İran, Polşa, Əfqanıstan, Türkiyə və Yaponiyada da nümayiş etdirilmişdir. Geniş yaradıcılıq diapazonuna malik rəssam tamaşaların bədii tərtibatçısı və kino rəssamı kimi də fəaliyyət göstərmişdir.
Xalq rəssamı Kamil Xanlarov 1996-cı il Bakı şəhərində vəfat etmişdir.









Comments are closed