Bu gün Azərbaycan Respublikasının əməkdar rəssamı, professor Adil Rüstəmovun doğum günündür.

Adil Rüstəmov təsviri incəsənətin müxtəlif növ və janrlarına müraciət etmişdir. Uzun illər Rəssamlıq Akademiyasında müəllim kimi çalışan rəssamın əsərləri bir sıra yerli və xarici ölkələrdə nümayiş olunmuşdur. Rəssamın 1994-cü ildə «Əliağa Vahid — 100», 1996-cı ildə «Füzuli — 500», 2000-ci ildə isə Azərbaycanda və Türkiyədə fərdi sərgiləri təşkil edilmişdir. A. Rüstəmovun 2010-cu ildə «Qarabağ şikəstəsi» adlı fərdi sərgisi Xocalı soyqırımının ildönümü münasibətilə Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir.

Rəssam 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı olmuşdur. 1997-ci ildə «Humay» mükafatına, 30 may 2002-ci ildə isə «Azərbaycan Respublikasının əməkdar rəssamı» fəxri adına layiq görülmüşdür.

Adil Rüstəmov 22 mart 2018-ci il tarixində Fransada vəfat etmişdir.

Tags

Comments are closed