1 Mart — Ümumdünya Mülki Müdafiə Günüdür. Bu münasibətlə Fövqəladə Hallar Nazirliyi Dövlət Rəssamlıq Akademiyasında «Mülki müdafiə sahəsində innovasiya texnologiyaları» mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə ADRA-nın əməkdaşları, FHN-nin nümayəndələri, 1 saylı bölmənin tibb personalı və tələbələr iştirak ediblər.
Tədbir zamanı Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik İlqar Səfərov, ADRA-nın İnzibati təsərrüfat işləri üzrə prorektoru Elmira Səmədova,Mülki müdafiə rəisi Əhməd Panayev, Nərimanov rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi-mayor Rafael Məhərrəmov, Nərimanov rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin baş məsləhətçisi Pərvanə Nəsirova, Nərimanov rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin baş zabiti kapitan Ümüd Kərimov və 1 saylı bölmənin tibb personalı çıxış ediblər.
Çıxışlar zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri, təbii fəlakətlər və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən və əleyhqazdan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə ADRA-nın müəllim tələbə heyətinə müvafiq biliklərin verilməsi olub.
Təlim zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi avtomaşını və şəxsi heyyəti cəlb olunub. Tədbirin sonunda ADRA-nın həyətində tələbə və müəllim heyətinə ərazidə baş verə biləcək yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili üzrə yanğın-taktiki təlim keçirilib.







Comments are closed