28 Fevral tarixində ADRA Muzey-Sərgi Kompleksində “Akademik rəsm” sərgisi keçirildi.
Sərgidə çıxış edən ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev sərgi iştirakçılarını təbriki etdi. Rəsmin akademiyada mövcud olan əsas fənnlərdən olduğunu vurğuladı. Bu sərgidə nümayiş olunan rəsmlərin tələbələr üçün nümunə olacağını vurğuladı.
Qeyd edək ki, “Akademik rəsm” sərgisi cari il və yaxın gələcək üçün nəzərdə tutulan “Peşəkar” sərgilər silsiləsindən birincisidir. Sərgidə ADRA məzunlarının və tələbələrin nümayiş olunan işlərdə təsviri sənətin növ və janrlarının peşəkar icra xüsusiyyətlərinə diqqət yetirildi. Yaxın gələcəkdə “Portret”, “Eskiz və rəsmlər fakültələrin işində hazırlıq materialı kimi” sərgilərin keçirilməsi gözlənilir. Bu silsilə sərgilərin hədəf auditoriyası daha çox təsviri sənət sahələrinin tələbələri və müəllimləridir.
Sərginin məqsədi təsviri sənətin ayrı-ayrı növlərinin və janrının spesifik xüsusiyyətlərinə diqqəti cəlb etməkdir.
Ümumilikdə sərgidə 75 rəsm işi yer alıb. ADRA Muzey-Sərgi Kompleksində baş tutan sərgi 20 Mart tarixinədək davam edəcək.







Comments are closed