26 Fevral Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi kompleksində tələbələr üçün «Təsviri sənətdə Xocalı faciəsinin əksi» adlı mühazirə keçirilib. Tədbir Xocalı şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.

Mühazirəni ADRA-nın «İncəsənət tarixi» kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva aparıb. Mühazirədə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığında «Xocalı qətliamının» yansıması haqqında danışılıb, tələbələrə müxtəlif rəngkarlıq və heykəltəraşlıq əsərlərinin fotoları nümayiş olunub, eləcə də xarici ölkələrdə «Xocalı» mövzusuna dair abidələr barəsində məlumat verilib.

Tags

Comments are closed