22 Fevral Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə “Komediya və performans məktəbi” adlı təlimlərin infosessiyası təşkil olundu.
Məktəbin məqsədi insanlara səhnədə öz potensiallarını reallaşdırmağa kömək etməkdir. Təhsilini başa vuran məzunlar təkcə peşəkar komediyaçı deyil, həm də aparıcı, aktyor, ictimai xadim, ssenarist ola bilərlər.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın tədbirlər planının 1.1.14-cü yarımbəndinə uyğun olaraq təşkil olunur.
Tələbələr təlimlər barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün edu.creative.az saytına müraciət edə bilərlər.
Hörmətli professor-müəllim heyəti və əziz tələbələr!
Uğurlarınızı bizimlə bölüşün….
ADRA Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Əlaqə tel: (+994) 12 5676516
(+994)50 5572732



Comments are closed