16 Fevral Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi polis polkovnik-leytinantı Ruslan Hüseynov, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik-leytenantı Qasım Hüseynov, Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov, müavini ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və digər əməkdaşlar, müəllimlər, tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edənlər narkotik asılılıq probleminə dair iştirakçıların biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat veriblər. Bildirilib ki, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə islahatlar, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramı həyata keçirilir.
Daha sonra tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx izləyib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.






Comments are closed