ADRA Hüquq-inzibati və təşkilati məsələlər üzrə rektorun müşaviri Natiq Cəlilov Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunda işgüzar səfərdə olub.
Rektorun müşaviri Natiq Cəlilovu institutun rektoru, professor Dilnoza Xocayeva, tədris hissəsinin prorektoru Nərgiza Babayeva və digər professor-müəllim heyəti qarşılayıblar.
Görüş əsnasında ortaq tarixi, dili və dini olan türkdilli dövlətlərin ali məktəbləri arasında əlaqələrin önəmi vurğulanıb. ADRA ilə Özbəkistan universitetləri arasında mövcud əlaqələrdən danışılıb, elmi əlaqələrin qurulması, professor-müəllim heyətinin və tələbələrin qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Kokand Dövlət Pedaqoji İnstitutu ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, orada imzalanan sənədlər Azərbaycan və Özbəkistan əlaqələrini tamamilə yeni tarixi mərhələ səviyyəsinə qaldırıb. Bu istiqamətlərin içərisində elm və mədəni sahələrin genişləndirilməsi özünəməxsus yer tutur.
Hər iki təhsil müəssisəsi bakalavriat, magistratura və fəlsəfə doktoru pilləsi üzrə birgə və ikili diplomlu təhsil proqramlarının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinin aparılmasını prioritet istiqaməti hesab edirlər.



Comments are closed