Sərgidə İngiltərə, Bolqarıstan, Amerika, Azərbaycan, Gürcüstan, Rusiya və Sloveniya kimi 13 fərqli ölkədən 33 rəssam iştirak edib. Azərbaycandan bu sərgidə ADRA-nın “Akademik rəngkarlıq və kompozisiya” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəxtiyar Yusufov və həmin kafedranın dosenti Ramil Məmmədov qatılıb.

Azərbaycan təmsilçiləri bir neçə rəngkarlıq əsərləri ilə sərgidə iştirak ediblər.

Sərgidə rəssamlıq, qrafika, heykəltəraşlıq, keramika və rəqəmsal sənət kimi bir çox fərqli texnika ilə hazırlanan əsərlər sənətsevərlərə təqdim olunub. Sonda sərgidə yer alan əsərlərin fotolarından ibarət kataloq dərc olunacaq.

Tags

Comments are closed