Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) 2023/2024-cü tədris ili üzrə Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri Xalq rəssamı, professor Natiq Əliyev iclası açıq elan edərək, Şura üzvlərini salamlayıb. Rektor ilk növbədə ADRA-nın kollektivi adından cənab İlham Əliyevi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində möhtəşəm qələbə qazanması münasibətilə təbrik edib. Cənab Prezidentin daxili və xarici siyasətini hər zaman dəstəklədiyini bildirərək, ona ağır və şərəfli işində daima uğurlar arzulayıb.
gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb.
Gündəliyə keçməzdən öncə Xalq rəssamı, ADRA-nın “Rəsm” kafedrasının professoru Sirus Mirzəzadənin 80 illik yubileyi münasibətilə təbrik oxunub. Daha sonra ADRA-nın “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi Zinaida Mirzəzadə İngiltərədə keçirilən “Qızıl zamanın istedadları” sərgisində qazandığı uğur münasibətilə şura üzvləri tərəfindən təbrik edilib.
Təbriklərdən sonra iclasda şuranın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı müxtəlif təqdimatlar olub, məruzəçi və çıxışçıların iştirakı ilə geniş müzakirələr təşkil olunub.
Professor-müəllim vəzifəsinin vakant vəzifələrə seçilməsi barədə qərar qəbul olundu. Müsabiqə yolu ilə Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, Əməkdar incəsənət xadimi, s.ü.f.d. Ziyadxan Əliyev və Əməkdar rəssam Akif Kazımov professor vəzifəsinə keçdilər.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərarlar qəbul olunub. İclasın sonunda ADRA-nın rektoru, Elmi Şuranın sədri, Xalq rəssamı, professor Natiq Əliyev Şura üzvlərinə müzakirələr zamanı səsləndirilən təkliflərlə bağlı müvfiq tapşırıq və tövsiyyələrini verib.








Comments are closed