ADRA-nın “Bədii keramika, şüşə və metal” kafedrasının saathesabı müəllimi vəzifəsində çalışan Zinaida Mirzəzadə İngiltərədə keçirilən sərgidə mükafata layiq görülüb. Bədii metalda stilizə üzərində çalışan rəssam Zinaida Mirzəzadə “Qızıl zamanın istedadları” müsabiqəsində iki nominasiya üzrə qalib olub.

Belə ki, 71 ölkədən mindən artıq rəssamın yer aldığı sərgidə Zinaida Mirzəzadənin metaldan işi “Stonehenge” dekorativ asma əsəri II Yerə, rəngli qrafika nominasiyası üzrə “Uğura aparan yol əsəri isə” III Yerə layiq görülüb.

Qeyd edək ki, “Qızıl zamanın istedadları” müsabiqəsində əsərlərin qiymətləndirilməsi 18 ölkədən təmsil olnmuş müsiflər heyəti tərəfindən seçilib.

Xatırladaq ki, Zinaida Mirzəzadə bu günədək ölkəmizdə və beynəlxalq arenada keçirilən bir sıra sərgilərin iştirakçısı və qalibidir.

Tags

Comments are closed