Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Sevindirici haldır ki, Azərbaycan Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” ixtisasının III kurs tələbəsi Şəbnəm Nəbiyeva “Genişmiqyaslı tədbirlərdə könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” mükafatına layiq görülüb.
Şəbnəm Nəbiyevanı bu nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!



Comments are closed