Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə «Elm və ali təhsilin beynəlmiləlləşməsi» mövzusunda tədbir keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, xarici tələbələrin təhsilinin təşkili üzrə məsul şəxslər, eləcə də bir sıra beynəlxalq tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasını beynəlxalq əlaqələr üzrə prorektor Salxab Məmmədov və elm və yaradıcılıq işləri üzrə prorektor Fuad Salayev təmsil edib.

Tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında təhsil alan əcnəbi tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi təşkil olunub.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tags

Comments are closed