18 dekabr 2024-cü il tarixində Azərbaycan Rəssamlıq Akademiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə tələbələr üçün “Cultech” İnkubasiya Proqramı keçirilib. Tədbir, Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə “SUP.VC” MMC tərəfindən reallaşıb. Öncə Akademiyanın HİK sədri Emin Ələkbərov çıxış edərək tədbir haqqında iştirakçılara ümumi məlumat verib və tələbələri fəal olmağa dəvət edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin baş mütəxəssisi Aygül Bağırova tələbələri bu sahədə fəallıq göstərməyə çağırıb.Təqdimatın məruzəçisi “SUP.VC” şirkətinin innovasiyalar üzrə meneceri Leyla Sadıqova olub. O, təqdimat zamanı tələbələrə startap anlayışı, onun ixtira və ticarət ilə əlaqələri haqqında ətraflı məlumat verib. Tədbir çərçivəsində tələbələr aşağıdakı suallara cavab tapıblar: — Startap nə deyil? — Startapın əsasını nə təşkil edir? — Startap nədir? — Niyə startap qurulmalıdır? — Startap şəxsi inkişaf üçündürmü? Leyla Sadıqova tələbələrə proqram haqqında geniş məlumat təqdim edərək, iştirakçılara proqramdan əldə edəcəkləri imkanlar və perspektivlərdən bəhs edib. Təcrübəsindən nümunələr göstərən və startap sahəsində uğur qazanan şəxslərin hekayələrini paylaşan məruzəçi, tələbələrin suallarını da cavablandırıb.

Tags

Comments are closed