Bu gün Azərbaycanın görkəmli sənətkarı, Azərbaycan SSR Xalq Rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət Mükafatı laureatı və “Şöhrət” ordeni ilə təltif olunmuş Kamil Nəcəfzadənin doğum günüdür.

Kamil Nəcəfzadə 1955-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir. O, kinofilmlərə verdiyi bədii tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və teatr sənətində də böyük uğurlar qazanmışdır.

O, respublika və xarici ölkələrdə keçirilən rəssamlıq sərgilərində fəal iştirak etmiş, fərdi sərgiləri ilə sənətsevərlərin diqqətini çəkmişdir.

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə dünyasını dəyişmişdir. Onun zəngin yaradıcılığı və sənət irsi Azərbaycan mədəniyyətində xüsusi iz qoymuşdur.

Tags

Comments are closed