Azərbaycan dekorativ sənətində özünəməxsus imza qoymuş Əməkdar rəssam, professor Ədhəm Yusubov yaradıcılıq yolunda zəngin irs yaratmış görkəmli sənətkarlardandır.XX əsrin 60-cı illərinin sonlarında, tələbəlik illərində Tiflisdə məşhur rəssam Givi Kandareli ilə tanışlığı onun qobelen sənətinə olan marağını artırdı. Bu sənətə olan sevgisinin ilk bəhrəsi “Rəqs” adlı qobelen kompozisiyası oldu. Əsər həmin dövrdə yaradılaraq sənət aləmində böyük maraqla qarşılandı.Ədhəm Yusubov Azərbaycan qobelen sənətinin inkişafına əvəzsiz töhfələr verib. O, çoxsaylı beynəlxalq və ümumrespublika sərgilərində uğurla iştirak etmiş, Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir.1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2001-ci ildə isə Azərbaycan Rəssamlıq Akademiyasında “Bədii toxuculuq” (qobelen) ixtisasının əsası qoyulmuşdur. Bu gün də həmin sənət hər iki ali təhsil müəssisəsində uğurla tədris olunur.Hazırda Ədhəm Yusubov Azərbaycan Rəssamlıq Akademiyasında “Bədii toxuculuq və xalça sənəti” kafedrasının müdiri kimi fəaliyyət göstərir.Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından Ədhəm Yusubovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik!
Comments are closed