Bu gün Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Sara Aşurbəylinin doğum günüdür.Sara Aşurbəyli yalnız görkəmli tarixçi deyil, eyni zamanda istedadlı rəssam idi. O, sənətə olan sevgisini erkən yaşlarından göstərmiş və Azərbaycan teatr səhnəsinin inkişafına töhfə verən rəssam və dekorator kimi çalışmışdır. Sara Aşurbəyli uzun illər Dram Teatrında səhnə tərtibatçısı kimi fəaliyyət göstərmiş, eləcə də müəllim kimi incəsənət sahəsində çalışmışdır. O, yaradıcılığında Azərbaycanın tarixi və mədəni irsini əks etdirən əsərlərə xüsusi yer ayırmış, rəssamlıq sənətində də öz dərin elmi biliklərini əks etdirmişdir. Onun müəllifi olduğu dekorativ əsərlər və səhnə eskizləri dövrünün teatr sənətinə dəyərli töhfə olub. Görkəmli alim və rəssam Sara Aşurbəyli 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.
Comments are closed