1 May – Azərbaycan təsviri sənətinin tanınmış siması, Xalq rəssamı Mayis Ağabəyovun doğum günüdür.O, təkcə rəssam kimi deyil, həm də kino sahəsindəki işi ilə yadda qalan sənətkarlardandır. 1965-ci ildən etibarən bir çox respublika və beynəlxalq sərgilərdə iştirak edib. 70-ci illərdən başlayaraq yaratdığı əsərlər, həmçinin kino filmlərindəki işi sənətşünaslıq baxımından önəmli mərhələ sayılır.»Babək», «Nəsimi», «Nizami», «Qətl günü», «Həyat bizi sınayır», «Gümüşgöl əfsanəsi» və digər filmlərin baş rəssamı olub. Paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olan sənətkar, uzun illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasına rəhbərlik edib.Mayis Ağabəyov 2020-ci ilin iyununda, 79 yaşında dünyasını dəyişib. Onun yaratdıqları bu gün də yaşayır və yeni nəsillərə yol göstərir.
Comments are closed