10 May Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Müdrikliyi, zəngin siyasi irsi və dövlətçilik ənənələri ilə tarixə qızıl hərflərlə yazılan Heydər Əliyev xalqımızın qürur mənbəyidir. Onun hakimiyyəti dövründə formalaşan milli intibah, sabitlik və inkişaf yolu bu gün də ölkəmizin tərəqqisinin əsasını təşkil edir.Ulu Öndərin dövlətə və millətə olan sonsuz sədaqəti, çətinliklər qarşısında sarsılmaz iradəsi və xalqına olan böyük sevgisi onun əbədiyaşar ideyalarının təməlini qoymuşdur. Bu ideyalar bu gün də Azərbaycanı daha güclü, daha müstəqil və daha parlaq gələcəyə doğru aparır.Qeyd edək ki, məhz Ulu Öndər Heydər Əliyevin ədalətli və uzaqgörən siyasətinin nəticəsi olaraq 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Rəssamlıq Akademiyası təsis edilmişdir. Bu ali təhsil ocağı ölkəmizdə incəsənət və yaradıcılıq sahəsində peşəkar kadrların hazırlanmasında misilsiz rol oynamış, mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermişdir. Akademiyanın hər bir uğuru Ümummilli Liderimizin incəsənətə və gənc nəslin inkişafına verdiyi dəyərin parlaq təzahürüdür.Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və böyük minnətdarlıqla yad edir.

Tags

Comments are closed