2–3 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında keçirilən SABAH İncəsənət Festivalı baş tutub. Festival SABAH qrupları tələbələrinin iştirakı ilə təşkil olunaraq incəsənət, musiqi, teatr və memarlıq sahələrini bir araya gətirib.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini və Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov çıxış edərək, SABAH qruplarının yaradıcılıq potensialını, tələbələrin sənətə yanaşmasını və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Festival çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin hazırladığı rəssamlıq, bədii toxuculuq, xalça, keramika və dizayn nümunələri nümayiş olunub.

Festival daxilində bir sıra universitetlrlə yanaşı 30 may – 3 iyun tarixlərini əhatə edən və Türkiyənin Ufuk Planlama şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Bir Başqa Təhsil, Bir Başqa Şəhər” layihəsinin “Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar məkan planlaşdırma təlimləri təşkil olundu və tələbələrin hazırladığı memarlıq layihələri bu il təşkil olunan SABAH İncəsənət Festivalında uğurla nümayiş olundu. Təlimlərdə iştirak edən tələbələr urbanizasiya, davamlı inkişaf və şəhər planlaşdırması sahələrində biliklərini artırmaq imkanı əldə etdilər.

Qeyd edək ki, 160 tələbənin iştirak etdiyi festival, gənc yaradıcıların istedadını nümayiş etdirmək, fərqli sənət növlərini birləşdirən platforma yaratmaq və auditoriya ilə sənət arasında körpü qurmaq baxımından əhəmiyyətli uğura imza atdı.

Tags

Comments are closed