Sənətşünaslıq

Fakültənin nəzdində “İncəsənət tarixi” və “Humanitar və ictimai fənlər” kafedraları fəaliyyət gostərir. Bu kafedralar təkcə aidiyyatı fakültədə deyil, akademiyanın digər fakültələrinin bütün ixtisaslarında müvafiq fənlərin tədrisini təşkil edir. Fakültə öz fəaliyyətini Azərbaycan Respublikasının Təhsil qanunvericiliyi əsasında hazsırlanmış və müəyyən olunmuş qaydada təsdiq edilmiş Əsasnamələr və normativ sənədlər əsasında tənzimləyir.

Fakültə (ixtisasın şifri -050302) — “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” və “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyəsində mütəxəssis hazırlığı işini həyata keçirir.

2017/18-ci tədris ilində fakültədə (ixtisasın şifri -135148) — “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə tələbə qəbulu olmuşdur.

Sənətşünaslıq fakültəsində əyani və qiyabi şöbələrdə tələbələr təhsil alır, fənlərin tədrisi azərbaycan dilində aparılır.

Fakültədə tədris-metodiki və elmi işlərin koordinasiyası “Ali təhsil müəssisəsinin Fakültə Elmi Şurası haqqında” əsasnaməyə müvafiq təşkil edilir və fakültə dekanının sədrlik etdiyi Fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurasında mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə, tədris planlarının və proqramların layihələrini, elmi-tədqiqat, nizam-intizam qaydaları, kafedraların maddi-texniki təchizatı ilə bağlı və s. məsələlərə baxır. Müəyyən olunmuş qaydada müəllim heyətinin baş müəllim, dosent, professor vəzifələrini tutmaq üçün müsabiqələr keçirir, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır. Fakültə Elmi Şurasının iclasları ayda 1 dəfə keçirilir və protokollaşdırılır.

Fakültədə hər tədris ilinin başlanğıcında fakültənin, dekanın, kafedra müdirlərinin və tədris köməkçi heyətin iş planları hazırlanıb, FEŞ –da təsdiq olunur.

Hal-hazırda fakültədə tətbiq olunan tədris planları balonya prosesində kredit sisteminə uyğun olaraq tərtib edilmişdir. Dekanlıq tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri, tələbələrin fərdi tədris planlarının əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir. Tələbələrin sərbəst işlərin yoxlanılması və qəbulu dərsdənkənar vaxtda həyata keçirilir. Eyni zamanda akademik təqvimə əsasən ayda bir dəfə fənlər üzrə kollokviumlar (şifahi və yazılı formada) keçirilir. Kollokviumlarda dekan və kafedra müdiri iştirak edirlər.

Tədris –yaradıcılıq və istehsalat təcrübəsi tədris prosesinin ayrılmaz tərkib hissəsidir və “Ali və orta ixtisas müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” 10 sentyabr 2008 – ci il tarixli 221 nomrəli qərarı ilə təsdiq edilmiş əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir. Tədris–yaradıclıq və istehsalat təcrübəsinin məqsədi tələbələrin akademiyanın auditoriyalarında aldıqları akademik biliklərin təcrübi vərdişlərlə möhkəmləndirməsindən ibarətdir. Tədris planlarına əsasən nəzəri və ixtisas fənlərin davamı kimi Bakı şəhərində olan muzeylərdə, rəsm qalereyalarında, “Şirvanşahlar sarayı” kompleksi və Qala Tarixi Etnoqrafiya Qoruğunda hər iki müəssisə tərəfindən razılaşdırılmış məktub əsasında tədris-yaradıcılıq və istehsalat təcrübələri keçirilir.

Imtahan sessiyaları bir qayda olaraq tədris ili ərzində iki dəfə (qış,yaz) tədris planları ilə müəyyən olunmuş vaxtda keçirilir. Yay semestri təşkil olunduğu halda əlavə olaraq yay imtahan sessiyası (yay) da keçirilir. Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı (və ya test) şəklində aparılır. İmtahan biletləri “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilir. Təsdiqlənmiş imtahan cədvəli, tərtib edilmiş biletlər və imtahan vərəqləri normativ sənədlərə uyğun olaraq tədris şöbəsində möhürlənərək qeyd kitablarında uyğun şəkildə qeydiyyata alınır.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərə əsasən müəyyənləşdirilir və protokollaşdırılır.

ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir.

Tədris prosesi müddətində kredit borcu olan tələbə kəsir yaranan fənn üzrə yeni tədris ilində aşağı kurslarla bərabər dinləmələrə qatılaraq, yenidən həmin fəndən imtahan verərək kredit borcunu ödəyir.

Dekanlıq tərəfindən müvafiq təqdimatlar, sərəncamlar, tələbnamələr, aktlar və digər sənədlər 2 nüsxədə hazırlanaraq dəftərxanada qeydiyyatdan keçirildikdən sonra bir nüsxə mail ünvanında qalmaqla, ikinci nüsxə dekanlıqda xüsusi qovluqlarda saxlanılır.

Tədrisin yekun hissəsi olan Buraxılış Yekun Dövlət imtahanı və Dissertasiya işinin müdafiəsi keçirilir. Dissertasiya işi üçün seçilən mövzular aktual olmaqla bərabər elmi yeniliyi ilə də seçilir. Tələbələr tərəfindən elmi tədqiqat işinin aparılması onların incəsənət sahəsi üzrə mütəxəssis kimi formalaşmasında vacib rol oynayır. Buraxılış işlərinə rəhbər kimi akademiyanın professor-müəllim heyəti ilə yanaşı, kənardan da görkəmli incəsənət nümayəndələri cəlb olunurlar. Buraxılış Yekun Dövlət Attestasiya komissiyasından tam keçmiş tələbələrə ixtisasın verilməsi protokollarda öz əksini tapır.

Fakültə təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartları tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir.

Sənətşünaslıq fakültəsində tədris prosessinin keyfiyyətinin yüksəldilməsi üçün müntəzəm şəkildə işlər aparılır. Ayrı-ayrı fənlərin tədrisinin vəziyyətinin öyrənilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tədris prosessində tələbələrin və müəllimlərin fəallığının artırılması üçün motivasiya sisteminin yaradılması və tətbiqi ilə bağlı təkliflər hazırlanır.

Kafedralar

İncəsənət Tarixi

Humanitar və ictimai fənlər