İnzibati-təsərrüfat şöbəsi
Bütün təhsil ocaqlarında olduğu kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında da texniki inzibati və təsərrüfat şöbəsi mühüm əhəmiyyət daşıyır. Hər ailədə büdcə nə qədər vacibdirsə eləcə də ADRA-da texniki inzibati təsərrüfat şöbəsi böyük məsuliyyət daşıyır. Çünki məhz texniki inzibati təsərrüfat şöbəsi təhlükəsizliyi təmin edir və akadeimaynın bütün kollektivinin müntəzəm işləməsi üçün şərait yaradır. Texniki inzibati və təsərrüfat şöbəsi 62 işçidən ibarətdir. Texniki inzibati və təsərrüfat şöbəsi hər il ADRA-ya qəbul imtahanlarının yüksək səviyyədə keçməsi üçün lazımi olan texniki və maddi dəstəyi göstərir. Yaşıllaşdırma ilə məşğul olan işçilərinin fəaliyyəti nəticəsində akademiyanın həyəti güllü çiçəkli bağçaya çevrilmişdir və beləliklə də, tələbələrin və müəllim heyətinin asudə vaxtlarını səmərəli keçməsi üçün gözəl məkan əldə edilmişdir. ADRA-nın fiziki qüsurlu tələbələri üçün H.Əliyev adına fondun vitse prezidenti xanım Leyla Əliyevanın dəstəyi ilə lift quraşdırılmışdır.
ADRA-nın binasının daimi nəzarətdə saxlanılması, təmizliyin təmin edilməsi, 24 saat mühafizə və videomüşahidə, tələbələrin yaradıcılıq dərsləri üçün vacib olan materialların və emalatxanaların təmin edilməsi, əmələ gələn problemlərin vaxtında həll olunması, bütün ADRA-nın ərazisinin yaşıllaşdırılması — bunların hamısı “Texniki istismar və təsərrüfat şöbəsi”nin öhdəsindədir.
Mehriban kollektiv, xoş abu-hava, qarşılıqlı yardımsevərlik — görülən işlərin yüksək nəticələri üçün gözəl şərait yaradır.