Bədii keramika, şüşə və metal kafedrası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ – tətbiqi sənət” fakültəsində fəaliyyət göstərən kafedralardan biri də “Bədii keramika, şüşə və metal” kafedrasıdır. Kafedra 2013-cü ildən yaradılmışdır. Kafedranın müdiri baş müəllim, hüquq üzrə fəlsəfə doktoru Aynur Cəbrayıl qızı Albəndovadır. 

Kafedrada 2 ixtisas üzrə fənn tədris olunur: “Bədii keramika və şüşə”, “Bədii metal”.

“Bədii keramika” keramika ixtisasında tələbələrə keramika materiallarından (gil, saxsı, çini, şamotlu kütlə) dekorativ, məişət, təsərüffat, memarlıq və s. təyinatlı əsərlərin ideya, layihə və konstruktivləşməsi plastik keramika materiallarında fərqli üsullarla icra olunur. Keramik materiallar, boyalar və sobaların texnalogiyası, keramika məmulatlarının ərsəyə gətirilməsi üçün köməkçi fənlər (xüsusi rəngkarlıq, stilizə və dekor, plastik modelləşdirmə, xüsusi heykəltəraşlıq) tədris olunur.

“Bədii şüşə” ixtisasında qumlama, buzlama, qravirovka üsulları ilə kompozisiyaların layihələri işlənərək şüşə materialında icra edilir. Klassik və müasir vitraj kompozisiyalar işlənir və onların fraqmentləri materialda icra olunur. Bundan əlavə fyuzinq üsulu ilə kompozisiyaların layihəsini işlənərək materialda icra edilir.

“Bədii metal” ixtisasında bütün metallar haqqında geniş və ətraflı məlumat verilir. Burada həmçinin dekorativ əşyaların hazırlanması, dekorativ döymə, asma, əlvan materiallardan hazırlanmış suvenirlər, dəmirdən plastik formalar, dekorativ panno, interyer və eksteryer üçün fiqurativ kompozisiyalar, bəzək əşyaları, qadın zinət dəsti, zərgərlik, qiymətli materiallardan bədii məmulatlar hazırlanır.

“Bədii keramika, şüşə və metal” kafedrasında bakalavr pilləsi üzrə aşağıdakı fənlər tədris olunur:

“Kompozisiyanın əsasları və layihə qrafikası”

“İxtisas üzrə stilizə və dekor”

“İxtisas üzrə layihələndirmə və konstruktivləşdirmə”

“İxtisas üzrə materialda iş” 

“İxtisas üzrə material texnologiyası”

“Bədii keramikada plastik modelləşdirmə”

“Bədii şüşədə plastik modelləşdirmə”

“Bədii metalda plastik modelləşdirmə”

“İxtisas üzrə incəsənət tarixi, Xüsusi rəngkarlıq”

“Tədris yaradıcılıq təcrübəsi” Magistr pilləsi üzrə fənlər:

“Bədii keramika və şüşədə layihələndirmə”

“Bədii metalda layihələndirmə”

“Bədii metalın sənayesi”

“İxtisas üzrə materialda iş”

“Bədii keramika və şüşədə xüsusi heykəltəraşlıq”

“Bədii keramika, şüşə və metal” kafedrasında hal-hazırda professor-müəllim heyətindən ibarət olan 9 müəllim çalışır. Onlardan 4 nəfər dosent, 5 nəfəri isə baş müəllimdir. Bundan əlavə kafedrada 1 kabinet müdiri, 1 baş laborant, 1 emalatxana müdiri və 1 tədris ustası çalışır. 

Hər il professor müəllim heyəti plana əsasən elmi-tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkminləşdirilərək standartlara uyğun yenidən işlənilir.

Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.

Kafedranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə il boyu keçirilən sərgilərdə daim iştirak edirlər.

“Bədii keramika, şüşə və metal” kafedrasının

professor–müəllim heyəti haqqında məlumat


Əlizadə Səlim Əbdül oğlu – professor, psixologiya elmləri namizədi

Kərimov İmran Mustafa oğlu – dosent;

2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

“Keramik kütlələr” (2013) — dərs vəsaiti

“Keramik boyalar” (2015) — dərs vəsaiti

“Keramik məmulatların hazırlanma üsulları” (2015) — dərs vəsaitlərinin

müəllifidir.

Məmmədov Saleh Rza oğlu – dosent,

“Model və qəlliblərin hazırlanması” (2017) – metodik vəsait;

“Çin çinisi” (2016) , “Anqoblar” (2016) dərs vəsaitlərinin müəllifidir.

Albəndova Aynur Cəbrayıl qızı – baş müəllim, hüquq üzrə fəlsəfə

doktoru;

“Azərbaycanda metalişləmə sənətinin tarixi” (2017) metodik vəsaitinin

müəllifidir;

Ələkbərov Emin Akif oğlu – dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru;

“Monumental dekorativ sənətdə mozaika” (2019), “Azərbaycan

memarlığında bədii keramika” (2019) adlı dərs vəsaitlərinin müəllifidir.

Əlipənahov Şahin Nemətulla oğlu – dosent

Seyidova Gülnar Mövsüm qızı – dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Əliyev Fuad Fərhad oğlu – baş müəllim;

“Azərbaycan keramikasının inkişaf yolları” (2017) metodik vəsaitiinin

müəllifidir.

1. Dadaşov Faiq Nadir oğlu — professor 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. “Material texnika və texnalogiyası” (2019) dərs vəsaiti, “Erqanomika” (2015) dərsliyinin müəllifidir.

Ələsgərov Arif Məhəmmədhüseyn oğlu — professor, əməkdar rəssam 2021-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub. “Estampın tarixi və ofort yaradıcılığının texniki üsulları” və “Dizaynda kompozisiya” dərs vəsaitləri.

Şahin Məhəmmədhüseyn oğlu – dosent, “Azərbaycanda dizaynın təşəkkülü və inkişafı” (2012)

Yevgeniya Aşurlı Alekseyevna – dosent “Erqanomika” (2015)metodik vəsait, ”Dizayn tədrisində giriş kursunun əhəmiyyəti”(2015) metodik vəsait, Texniki fənlərin dizayn təhsilində əhəmiyyəti” (2014) metodik vəsaitlərinin müəllifidir.

Baş müəllim Ağayev Eldar, Əliyeva Zümrüd Həsən “Poliqrafiyanın

əsasları” (2021) dərs vəsaiti

5. Hüseynəliya Xatirə Qafar — baş müəllim “Loqo dünyası” (2022) metodik vəsait

Məmmədov Əfrasiyab Əlisəfa — dosent “Maketləşdirmə” metodik vəsait, “Dizaynın müasir inkişaf istiqamətləri” dərs vəsaiti, “Dizaynın əsasları” dərs vəsaiti

7. Abdullayeva Lalə Arif – dosent, “Qrafik dizaynda firma üslubu” metodik vəsait (2012), “Şəhər reklamının inkişafı” metodik vəsait (2010), “Azərbaycan qrafik dizaynın inkişafı və tədrisi metodik vəsait (2010).

Elçiyev Həşim Baba oğlu — əməkdar rəssam

Əliyev Fərhad Baba – dosent, “Dizayn — tarix, nəzəriyyə, praktika” (2006)

Babayeva Vəfaqət Ağababa – baş müəllim “Dizaynda xüsusi rəsm” (2022)

“Bədii keramika, şüşə və metal” kafedrasının müdiri, baş müəllim 

A.C.Albəndova