Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi şurası haqqında
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi şura tərəfindən həyata keçirilir.
Tutduğu vəzifələrinə görə Elmi şuranın tərkibinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, Həmkarlar İttifaqı Komitəsinin sədri, tələbə həmkarlar komitəsinin sədri, tələbə elmi cəmiyyətinin sədri və s. daxil olur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi şurası:
1. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir.
2. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası inkişaf proqramını təsdiq edir.
3. Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir.
4. Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tətqiqat işləri ilə bağlı məsələləri həll edir.
5. Fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir.
6. Fakültələrin, elmi-tətqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir.
7. Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsini təqdim edir.
8. Professor və dosentləri seçir və onların vaxtından əvvəl tutduqları vəzifələrindən azad olunmaları məsələlərinə baxır.
Elmi şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi şuranın iş planı Şura iclasında müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir. Elmi şura ayda bir dəfə keçirilir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi şurasının üzvləri:
1. Əliyev Natiq Kamal o. – Rektor, Xalq rəssamı, professor – sədr
2. Zeynalov Azad Sabir o.– Tədris işləri üzrə prorektor, Əməkdar rəssam, professor – sədr müavini.
3. Salayev Fuad Məmmədəmin o. – Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı , professor – üzv.
4. Məmmədov Səlhab İsa o. – Beynəlxalq əlaqələr işləri üzrə prorektor, Xalq rəssamı, professor – üzv.
5. Səmədova Elmira Arif q. – İnzibati – təsərrüfat işləri üzrə prorektor – üzv.