Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Həmkarlar İttifaqı Komitəsi
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin tarixi akademiyanın yaranması ilə eynidir. ADRA HİK əməkdaşların əmək, sosial, iqtisadi hüquq və mənafelərinin müdafiəsini həyata keçirən təşkilatdır. Qeyd etmək lazımdır ki, akademiyada baş verən bir çox mühüm hadisələri – yubiley və anım mərasimləri, əlamətdar və tarixi günlər, iməciliklər, rəsm müsabiqələri, sərgilər və s. ADRA HİK-in təşkilatçılığı ilə həyata keçirilir. Həmçinin, hər il əməkdaşların istirahətini təşkil etmək məqsədilə turist şirkətləri ilə ikitərəfli müqavilələr imzalanır. Bundan əlavə, ölkəmizin görməli yerlərinə, muzey və tarixi məkanlarına ekskursiyalar təşkil edilir və əməkdaşların mədəni tədbirlərdə, bayram şənliklərində asudə vaxtının səmərəli keçirməsi təmin olunur.
Üzərinə düşən öhdəliyi ləyaqətlə yerinə yetirən ADRA HİK-nin fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, əmək intizamının daha da möhkəmləndirilməsi, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, ehtiyacı olan insanlara xüsusi diqqət və qayğı göstərilməsi, o cümlədən, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və s. kimi vəzifələr daxildir.
Bu gün ADRA Həmkarlar İttifaqı Komistəsi üzvlərinin sayı 1500-ə yaxındır. HİK-in Komitə üzvlərinə 17 nəfər daxildir. Rəyasət heyəti 7, Təftiş Komissiyası isə 3 nəfərdən ibarətdir. HIK 4 fakültə, 12 şöbə, kitabxana, fond, muzey-sərgi kompleksi daxil olmaqla akademiyanın bütün strukturunu təmsil edir. Ayda bir dəfə toplanan bu Rəyasət Heyətinin iclasında akademiyanın müxtəlif problemləri müzakirə olunur. Həmkarlar İttifaqının yığıncağında HİK-in müvafiq üzvləri və sədri seçilir. Rəyasət Heyəti və Büro üzvləri akademiya əməkdaşlarının təkliflərinə, ərizələrinə və şikayətlərinə baxılmasına, qərarların qəbul edilməsinə və HİK-in büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinə nəzarət edir. Hal-hazırda ADRA Həmkarlar İttifaqı Komitəsinə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Emin Ələkbərov sədrlik edir.