Təsviri sənət və sənətşünaslıq
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Azərbaycan Respublikasının rəssamlıq üzrə ilk ali təhsil müəssəsidir. Akademiyanın əsası 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heyder Əliyev tərəfindən “Ali Təhsildə İslahatlar Haqqında” fərmanı ilə (qeydiyyat nömrəsi; 3164850, hüquqi statusu — D) qoyulmuşdur.
“Təsviri sənət” fakültəsi Rəssamlıq Akademiyası yaranandan fəaliyyət göstərir. “Təsviri sənət” fakültəsinə 3 ixtisas –“Qrafika”, “Rəngkarlıq” və “Heykəltəraşlıq” daxildir. “Təsviri sənət” fakültəsində təhsil bakalavr pilləsi üzrə 4il, magistratura pilləsi üzrə 1il 6 aydır.
“Təsviri sənət” fakültəsinin 4 kafedrası var – “Rəsm”, “Qrafika”, “Akademik rəngkarlıq və kompozisiya” və “Heykəltəraşlıq”. “Təsviri sənət” fakültəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. “Qrafika”, “Akademik rəngkarlıq və kompozisiya”, “Heykəltəraşlıq” ixtisaslarında I təhsil ilini bitirdikdən sonra tələbələrin öz istəklərinə görə ixtisaslaşmalara bölünürlər.
“Qrafika” ixtisasında 4 ixtisaslaşma var – “Dəzgah qrafikası”, “Kitab tərtibatı və illüstrasiya”, “Plakat” və “Animasiya filmin quruluşçu rəssam”
“Akademik rəngkarlıq və kompozisiya” ixtisasında 3 ixtisaslaşma var – “Dəzgah rəngkarlığı”, “Kino və televiziya rəssamı” və “Teatr dekorasiya rəngkarlığı”.
“Heykəltəraşlıq” ixtisasında 1 ixtisaslaşma var – “Dəzgah heykəltəraşlığı”
Rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə tələbələr I kurs bitirdikdən sonra ixtisas dərslərini öz seçimlərinə görə akademik, professor və ya Xalq rəssamlarının rəhbərlik etdiyi yaradıcılıq emalatxanalarında (studiyalarda) davam etdirirlər.
Rəngkarlıq, rəsm, kompozisiya fənləri ilə bərabər xüsusi hər yaradıcılıq emalatxanasının fərdi, öz proqramı var. Emalatxanlarda canlı model ilə işə üstünlük verilir. Həm bakalavr, həm də magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır.
Magistratura pilləsində 3 ixtisas var. “Qrafika”, “Rəngkarlıq”, “Heykəltəraşlıq”
“Qrafika” ixtisasında 3 ixtisaslaşma var – “Dəzgah qrafikası”, “Kitab tərtibatı və illüstrasiya”,“Plakat”. “Rəngkarlıq” ixtisasında 2 ixtisaslaşma var – “Dəzgah rəngkarlığı”, “Kino və teatr rəssamı”.“Heykəltəraşlıq” ixtisasında 1 ixtisaslaşma var – “Dəzgah heykəltəraşlığı”.
İxtisas fənlərinin daha da yaxşı mənimsənilməsi üçün tələbələr müəllimlərin rəhbərliyi ilə plenerdə işləyir, Milli incəsənət muzeyində, Muzey mərkəzi, digər muzey və qalereyalarda, Botanika bağında təcrübə keçirlər. 2016-2017 və 2017-2018 tədris illərində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Tədris – təcrübəni keçirmək üçün Respublikamızın gözəl bölgələrinə tələbələrimiz göndərilmişdir. Hər semestrin sonunda tələbələrin bilik və bacarıqları əvvəlcə kafedra tərəfindən, sonra isə rektor baxışında qiymətləndirilir. Ən yaxşı işlər akademiyanın Metodikfondu üçün seçilir. Fakültənin müəllim heyəti akademik, professor, dosent, İncəsənət xadimi, Xalq rəssamlarından təşkil edir. Kafedranın professor-müəllim heyəti dərs deməklə yanaşı, səmərəli elmi-metodika fəaliyyətlə də məşğul olurlar, elmi jurnallarda məqalələr çap olunur. Müəllimlər ölkəmizdə, yaxın və uzaq xaricdə keçirilən fərdi sərgilərdə iştirak edirlər. “Təsviri sənət” fakültəsində artıq 6 ildir ki, Təkrar Ali Təhsil, yəni ikinci təhsil tələbələr təhsil alır.